Türkiyənin “Haber7” nəşri Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın danışıqları ilə bağlı məqalə dərc edib.
Türkiyə prezident administrasiyasının kommunikasiyalar şöbəsindən verilən məlumata görə, danışıqlar zamanı tərəflər Ukrayna böhranı ətrafında baş verən son hadisələri müzakirə ediblər. SİA bu barədə rus saytlarına istinad edir.
“...Hesab edirəm ki, Zelenski siyasi səhv edib və indi də xalqının ölümünə görə məsuliyyət daşıyır. O, göbək bağı ilə bağlı olduğu Rusiyaya qarşı çıxış etməyə tələsməklə yanaşı NATO ilə yaxınlığa göstərdiyi cəhdlə Rusiyanı qəzəbləndirdi”.
Rusların “rambler” saytının məlumatına görə, bunu Asım ləqəbli türk oxuculardan biri yazıb.
“Bu adam Türkiyənin dostu deyil. O, Türkiyə ilə Rusiyanı bir-birinə qarşı qoymaq üçün hər vasitəyə əl atır. Onun oxuduğu bütün bəyanatlar Qərb tərəfindən yazılır və ötürülür. Türkiyə heç bir halda Rusiya ilə münasibətləri pozmamalıdır. Əks halda Türkiyə tək qalacaq, bölgədə son dərəcə əlverişsiz vəziyyətə düşəcək”.
“Rambler”in məlumatına görə bunu başqa bir türk oxucu, Ayşə yazıb.
“Zelenski ABŞ-ın adamıdır. Onunla eyni masada oturmaq doğru deyil. Bu adam qətiyyən özünə inam yaratmır. Biz bunu onun siyasətində də gördük. Ukraynanı bataqlığa çevrib”. Yenə də “rambler”in məlumatına görə, bunu “ist34” internet istifadəçisi bildirib.
Həmən internet istifadəçisinin yazdığına görə, Zelenskinin nə edəcəyinə ABŞ qərar verir, qalanının heç bir əhəmiyyəti yoxdur”.
Burada maraqlı nüanslardan biri də sosial şəbəkə oxuğularından birinin səsləndirdiyi fikirlərdir. Beləliklə, həmən oxucu hesab edir ki, “Ukraynanın məqsədi Türkiyəni Rusiya ilə müharibəyə cəlb etməkdir”.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna prezidenti Vladimir Zelenskinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB