Kanada Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiya Federasiyasının 22 vətəndaşına və 4 Rusiya şirkətinə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkə hökumətinin saytında məlumat verilib.
“Qara siyahı”ya Dövlət Dumasının deputatı Alina Kabayeva, habelə maliyyə qurumlarının yüksək vəzifəli rəhbərləri və onların qohumları, xüsusən də Rusiya Birbaşa İnvestisiya Fondunun və Rusiya Vençur Şirkətinin menecerləri daxildir.
Haqqında məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu şirkətlər arasında “Rosselxozbank” və “Investtorgbank” da var.
Kanada Xarici İşlər Nazirliyi bir daha “Moskvaya təzyiq göstərmək üçün yeni yollar axtaracağını” xatırladıb.
Yeri gəlmişkən bildirək ki, may ayında Kanada Rusiya Federasiyasından olan 14 şəxsə sanksiya tətbiq edib, həmçinin dəbdəbəli malların və kompüter avadanlıqlarının idxalını və ixracını qadağan edib.
Qeyd edək ki, Kanada fevralın 24-dən bəri Rusiya, Ukrayna və Belarusdan olan 1050-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB