SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniya kansleri Olaf Şolts “Stuttgarter Zeitung” qəzetinə müsahibəsində deyib.
“Almaniya NATO-ya üzv ölkələr arasında Avropada ən böyük ordu yaratmaq niyyətindədir. Dövlət bunun üçün 100 milyard avro ayıracaq. Onların böyük hissəsi hava qüvvələrinin inkişafı və modernləşdirilməsinə sərf olunacaq”, – Şolts əlavə edib.
Məlumata görə, hərbi hava qüvvələrinin inkişafı üçün 40,9 milyard avro nəzərdə tutulub. Almaniya köhnəlmiş “Tornado” döyüş təyyarələrini əvəz etmək üçün yeni “Eurofighter” və F35 qırıcı bombardmançıları almağı planlaşdırır. Vəsaitlərin bir hissəsi həmçinin kosmosda erkən xəbərdarlıq sisteminin inkişafı üçün nəzərdə tutulub. 19,3 milyard avro dəniz donanmasının inkişafına, xüsusən də yeni gəmilərin və sualtı qayıqların alınmasına yönəldiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB