"...Hələ 7-ci paketin hazırlanmasına da çalışacağıq”

"...Hələ 7-ci paketin hazırlanmasına da çalışacağıq”

SİA-nın Ukrayna saytlarına istinadən əldə etdiyi məlumata görə, Ukrayna Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tammiqyaslı hücumu üçün yeddinci sanksiyalar paketinin hazırlanması üzərində işləyəcək.

“Biz həmçinin bu müharibə üçün Rusiyaya qarşı yeni məhdudiyyətlər üzərində işləyəcəyik. Altıncı sanksiyalar paketi qüvvəyə minən kimi dərhal yeddinci paketi hazırlamağa başlayacağıq. Sonda azad dünya ölkələri ilə terror ölkəsi arasında ciddi iqtisadi əlaqələr olmamalıdır”, – dövlət başçısı deyib.

Xatırladaq ki, dünən Avropa İttifaqı Rusiyaya qarşı neftə qismən embarqo, “Sberbank”ın SWIFT-dən ayrılması, üç təbliğat telekanalına qadağa, eləcə də daha 80 şəxsə qarşı sanksiyalarla Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com