İşğal olunmuş ərazilərdə dərman çatışmır...

Ruslar isə Ukrayna Silahlı Qüvvələrini tibbi infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edirlər
İşğal olunmuş ərazilərdə dərman çatışmır...

Rusiyanın öz hakimiyyətini bərqərar etməyə çalışdığı Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yerli sakinlərin dərman vasitələrinə çıxışı ilə bağlı böyük problemlər yaşanır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumatı telemarafonunun efirindən Ukraynanın Səhiyyə naziri Viktor Lyaşko səsləndirib.

Onun dediyinə görə, bu gün işğal altındakı tibb müəssisələrinə dərman göndərmək üşün heş bir humanitar dəhliz yoxdur.

Səhiyyə naziri diqqəti son vaxtlar müvəqqəti işğal olunmuş əraziyə humanitar yardım missiyasında gediş-gəliş məsələsinin çətinləşdirildiyinə yönəldir. Onun dediyinə görə, bu günlərdə Xerson vilayətinin ərazisində, nazirliyə dərman idxalına kömək edən könüllülər atəşə tutulublar və hətta onların arasında ölümlə nəticələnən hallar da olub: “...Ona görə də biz insanları riskə ata bilmərik və bundan əlavə, artıq könüllülər də buna razılaşmırlar”-Lyaşko bildirib.

Səhiyyə naziri yaranmış problemin həlli ilə bağlı Qırmızı Xaç, Sərhədsiz Həkimlər və Ümumdünya Səhiyyə Təşkilatı ilə fəal əlaqə saxladığını da bildirib.

Lyaşkoya görə, bu təşkilatlara edilən müraciətılərin əsas qayəsi onların rusları Müharibə Zamanında Mülki Əhalinin Müdafiəsi Konvensiyasına əməl etməyə məcbur etmələri üçündür. Məsələn, həmən konvensiyada açıq şəkildə qeyd olunur ki, işğalçı rejim səhiyyə müəssisələrini dərman preparatları ilə təmin etməyə borcludurlar.

Qeyd edək ki, bunlar bir tərəfin, yəni Ukrayna tərəfinin dedikləridir. Amma bütün bunları təkzib edən qarşı, Rusiya tərəfi bunlarla bağlı başqa fikirlər səsləndirilirlər.

Məsələn, ruslar deyirlər ki, Ukrayna hərbçiləri Kiyevin nəzarətində olan ərazilərdə tibb müəssisələrinə zirehli texnika və atəş mövqeləri yerləşdirməkdə davam edirlər.

Qeyd edək ki, bu barədə Rusiyanın Müdafiəyə Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.

Onun dediyinə görə, Xarkovdakı xəstəxana binasında yuxarı mərtəbələrdə atəş nöqtələri, zirzəmidə silah anbarı yerləşdirilsə də, tibb işçiləri və xəstələr də zorla binalarda saxlanılırlar.

Onu da bildirim ki, ruslar bununla bağlı xeyli nümunə də göstəriblər və təbii ki, bütün bunları nə sadalamaq, nə də hansısa tərəfi mühakimə niyyətində deyilik.

Amma burada diqqət çəkən bir məsələ də var. Məsələn,

Ukrayna tərəfinin məlumatına görə, fevral-may aylarında Donetsk, Zaporojye, Luqansk və Xerson vilayətlərinin tibb müəssisələrinə Tibbi Zəmanət Proqramı çərçivəsində 5,2 milyard və daha 50 milyon qrivna isə subvensiya hesabına maliyyələşdirilən tibb müəssisələrinə köçürülüb.

Qeyd edək ki, Ukrayna tərəfindən fərqli olaraq, ruslar bununla bağlı, nə tibbi ləvzımat, nə də hər hansı bir yardımla bağlı heç nə demirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə