Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Terrorla mübarizə aparmaq istəməyən heç bir ölkənin rәsmi Ankaraya göstəriş vermək səlahiyyəti yoxdur”.
SİA-nın əldə etdiyi məlumata görə, Rәcәb Tayyib Ərdoğan Böyük Britaniyada nəşr olunan “The Economist” jurnalı üçün məqalə yazıb.
Türkiyənin 70 ildir NATO-nun qürurlu və əvəzolunmaz üzvü olduğuna diqqət çəkən Rәcәb Tayyib Ərdoğan 1952-ci ildə Türkiyənin azadlıq və demokratiyanı müdafiə etmək üçün Koreyaya əsgər göndərdikdәn sonra ittifaqa qoşulduğunu, Soyuq Müharibә vә ondan sonra Türkiyәnin Orta Şәrq, Qafqaz vә Qara dәniz bölgәlәrindә sabitlәşdirici vә müsbәt aktyor olduğunu xatırladaraq Türk hәrbçilәrinin NATO missiyaları çәrçivәsindә Kosovodan Əfqanıstana qədər dünyanın bir çox yerinə getdiyini bildirib.
Rәcәb Tayyib Әrdoğan vurğulayıb ki, Türkiyәnin әtrafında vәtәndaş müharibәlәrinin getdiyi vaxtda NATO-dan bәzi qanuni vә zәruri tәlәblәri olub.
"Bütün üzv ölkәlәr Türkiyənin NATO üçün nə qədər vacib və kritik olduğunu bir daha etiraf etsələr də, təəssüf ki, bəzi üzvlər Türkiyəyə yönələn bəzi təhdidləri tam olaraq qiymətləndirə bilmirlər. Finlandiya vә İsveçin NATO-ya qoşulması risk tәşkil edir. Türkiyә hәr növ silah embarqosunun NATO çәtiri altındakı hәrbi müttәfiqlik ruhuna zidd olduğu fikrindәdir. Bu cür mәhdudiyyәtlәrin yalnız milli tәhlükәsizliyimiz deyil, NATO üçün dә son dәrәcә zәrәrli nәticәlәri var. İsveç və Finlandiyanın alyansa qoşulmaqda israrlı olması NATO-nun gündəliyinə lazımsız bir maddə əlavə etdi. Türkiyənin İsveç və Finlandiyanın üzvlüyünə etirazı da indiyə qədər terrorun hədəfi olan bütün üzvlər adına atılan qəti addımdır. Terrorun dini, milləti və rəngi yoxdur. Məqsədi mülki əhaliyə zərər vurmaq olan hər bir təşkilata qarşı möhkəm dayanmaq bu ittifaqın ən mühüm missiyalarından biridir. Bu məsələdə heç bir ölkənin imtiyazı yoxdur’’,-deyә Türkiyә prezidenti vurğulayıb.
Rәcәb Tayyib Әrdoğan bildirib ki, İsveç vә Finlandiyanın müttәfiq olmaq istәklәri dövlәtlәrin tәhlükәsizlik qayğıları vә hәssaslıqlarına münasibәti Türkiyәnin bu ölkәlәri nә qәdәr müttәfiq kimi görmәk istәdiyini müәyyәn edәcәk. Terrorla mübarizə aparmaq istəməyən heç bir ölkənin rәsmi Ankaraya göstəriş vermək səlahiyyəti yoxdur’’.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB