“Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırıb”

“Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırıb”

Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasından neft idxalının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını nəzərdə tutan 6-cı sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

“Nəhayət, bu müharibəyə görə Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiya paketi ilə bağlı konkretliklərimiz var. Paket razılaşdırılıb. Onun təsdiqlənməsi və qüvvəyə minməsi müəyyən vaxt aparacaq. Amma paketin əsas elementləri artıq aydındır və ən əsası onun istiqamətidir”, – Zelenski deyib.

Beləliklə, Prezidentin sözlərinə görə, Avropa ölkələri Rusiyadan neft idxalının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına razılaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com