ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə ölkəsinin yaxın günlərdə Ukraynaya dəstək üçün yeni tədbirlər elan etməyi planlaşdırdığını bildirib.
O, ABŞ-ın Rusiyanın hərəkətlərinə, xüsusən də “əlavə iqtisadi tədbirlərin tətbiqi yolu ilə” cavab vermək niyyətində olduğunu vurğulayıb.
Prays ABŞ-ın Ukraynanın müdafiəsini gücləndirməyə davam edəcəyini də bəyan edib.
Bununla bağlı o, ölkəsinin yaxın günlərdə bu istiqamətdə əlavə tədbirlər təqdim edəcəyini də gizlətməyib.
Qeyd edək ki, SİA bunu TASS-a istinadən bildirir.
Qeyd edək ki, bir müddət bundan əvvəl “The Wall Street Journal” ABŞ-ın Ukraynaya 60 km-dən çox mənzilli idarə olunan GMLRS raket sistemləri verə biləcəyi barədə yazı dərc edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB