Danimarka və İsveçin Ukraynaya hərbi yardımı

Danimarka və İsveçin Ukraynaya hərbi yardımı

Danimarka Ukraynaya 2 milyard kron (təxminən 290 milyon dollar) dəyərində hərbi yardım edib.

SİA xəbər verir ki, Danimarkanın "DR" dövlət televiziyasının məlumatına görə, müdafiə naziri Morten Bodskov Ukraynaya silah və digər hərbi texnikadan ibarət 2 milyard kron dəyərində yardım göndərdiklərini açıqlayıb.

İsveç hökuməti də məxfilik çərçivəsində Ukraynaya yeni hərbi yardım göndərəcəyini açıqlayıb.

Hökumətin internet səhifəsində yer alan məlumatda Ukraynaya yüksək səviyyədə hərbi dəstək veriləcəyi, dəstəyin mahiyyətinin məxfilik səbəbindən açıqlanmayacağı vurğulanıb.

İsveç Ukraynaya daha əvvəl 5 min "AT4" tank əleyhinə silah, 5 min polad jilet, 5 min hərbi dəbilqə və 135 min əsgərə kifayət edəcək qədər hazır ərzaq göndərib.

İsveçin xarici işlər naziri Ann Linde fevralın 2-də özünün "Twitter" hesabında Ukrayna ordusuna verdikləri 50 milyon dollarlıq maliyyə yardımının nəzərə alınan yerinə çatdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə