“Zelenskinin danışıqlara baxışı qeyri-ciddidir...”

Matviyenko Rusiyanın Ukrayna ilə sülh sazişləri imzalamağa hazır olduğunu deyib?
“Zelenskinin danışıqlara baxışı qeyri-ciddidir...”

Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiyanın Ukrayna ilə sülh sazişinin əldə edilməsi üçün danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

“...Biz danışıqlara açığıq. Bizə diplomatik, sülh yolu ilə həll yolları lazımdır, lakin bunun üçün iki ölkənin iradəsi lazımdır. Biz danışıqlara, Ukraynada vətəndaş müharibəsinə son qoyacaq və sülhə gətirib çıxaracaq saziş imzalamağa hazırıq, amma Kiyevdən belə bir reaksiya görmürük”.

SİA-nın əldə etdiyi məlumata görə, Matvienko bunu Maputoda Mozambik prezidenti ilə görüşdə bəyan edib.

Yeri gəlmişkən, Belarus və Türkiyə Rusiya-Ukrayna danışıqları üçün platformaya çevriliblər, lakin indiyə qədər danışıqlar faktiki olaraq dayandırılıb.

Bu arada Rusiya Federasiyası Prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski mayın 22-də, Rusiyanın Ukrayna ilə danışıqlardan, o cümlədən ən yüksək səviyyədə heç vaxt imtina etməyib və danışıqları davam etdirməyə hazırdır. Amma sən demə, danışıqlar Ukraynanın günahı üzündən “səngiyib”.

"Rusiya heç vaxt danışıqlardan imtina etməyib. Vladimir Vladimiroviç Putin də bunu dəfələrlə təsdiqləyib. Yeganə sual odur ki, prezidentlər arasında sammitin baş tutması üçün ciddi hazırlıq lazımdır. Yəni sənədlər lazımdır”.

Qeyd edək ki, Medinski bunu “ONT” telekanalının efirində deyib.

...Təbii ki, dövlət başçıları təkcə şəkil çəkdirmək üçün deyil, həm də yekun razılaşmalar əldə etmək və sənədləri imzalamaq üçün görüşməlidirlər. Bunu da Medinski bəyan edib.

...Yenə də bu arada, dəqiq desək, mayın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT Arabic”ə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin Moskva ilə Kiyev arasındakı danışıqlara baxışı ilə bağlı son açıqlamalarını qeyri-ciddi adlandırıb.

Nazir xatırladıb ki, Zelenski “danışıqlara hazır olduğunu, lakin danışıqların müstəsna olaraq onunla Putin arasında ola biləcəyini” deyib.

Lavrov bildirir ki, iddialara görə, bunu başqa səviyyədə etməyin mənası yoxdur. Yəni, Zelenskinin fikrincə, danışıqlar heç bir vasitəçi olmadan və yalnız Ukrayna fevralın 23-dən etibarən öz nəzarətində olan əraziləri bərpa etdikdən sonra aparılmalıdır.

Lavrova görə, bunun ciddi olmadığını heç kimə izah etməyə, sübut etməyə ehtiyac yoxdur.

Rusiyalı nazirə görə, intellektual motivləri çox olmayan bu cür barışmazlığı dəstəkləmək Qərb üçün faydalıdır.

P.S: "Orada əsas şərtlər Ukraynanın Avstriya kimi bloka daxil olmayan, neytral dövlət olaraq qalması, məsələn, nüvə dövləti olmaması idi", - Qeyd edək ki, bunu bir müddət bundan əvvəl Matviyenko bildirib. Onun sözlərinə görə, müqavilənin bəndləri hər iki tərəfi qane etsə də, imzalanmayıb. Matviyenkoya görə, bunun günahkarı “kənar nəzarəti həyata keçirənlər”dir. RİA Novosti xəbər verir ki, Matvienko onu da qeyd edib ki, Rusiya Federasiyası Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, lakin ikinci ölkənin hakimiyyət orqanları saziş bağlamaq istəmirlər.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl "FederalPress"rusların 70 faizindən çoxu Ukraynadakı xüsusi əməliyyatı dəstəklədiyini yazmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə