Daha 21 qeyri-qanuni miqrant xilas edilib

Daha 21 qeyri-qanuni miqrant xilas edilib

Türkiyənin Muğla şəhərinin Marmaris və Bodrum rayonlarında rezin qayıqlarda dənizdə qapalı qalan 21 qeyri-qanuni miqrant xilas edilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Sahil mühafizə komandanlığından yayılan məlumata görə Marmaris sahillərində rezin qayıqda nizamsız miqrantların olması xəbəri üzərinə bölgəyə cəlb olunan dəstələr Yunan sahil mühafizəsi tərəfindən Türkiyənin ərazi sularına qaytarılan 15 əcnəbini xilas edib. Hadisə ilə əlaqəli iki şübhəli saxlanıb.

Bodrum rayonu sahillərində isə sahil mühafizə gəmisi, hərəkət halında olan rezin qayıqı dayandırıb və göyərtəsindəki 6 qeyri-qanuni immiqrantı Miqrasiya İdarəsinə cəlb edib.

edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə