Şahbaz Şərifin Türkiyə səfəri bu gün başlayacaq

Pakistanda Apreldə parlamentdə keçirilən səsvermədə ölkənin 23-cü baş naziri seçilən Şahbaz Şərif mayın 31-dən iyunun 2-dək Türkiyədə rəsmi səfərdə olacaq.
Şahbaz Şərifin Türkiyə səfəri bu gün başlayacaq

Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayacağı Şərifi paytaxt Ankaradakı Prezident Külliyesində qəbul edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası da iki liderin təkbətək və heyətlərarası görüşləri zamanı keçiriləcək.

Pakistanla əlaqələr, ikitərəfli əməkdaşlığın daha irəli pillələrə qaldırılması, məhz İki ölkə arasında 2023-cü ildə 5 milyard dollar olaraq hədəflənən ticarət həcminə nail olmaq üçün atılacaq addımlar qiymətləndiriləcək, müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə