Bu yaxınlarda oğlu Milanı qucağına alan Fulya Zenginer sosial media hesabından ilk dəfə foto paylaşıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, “Küçük Qadınlar” serialındakı Yeliz obrazı ilə adından söz etdirən Fulya Zenginer bir müddətdir ekranlardan uzaq düşüb.
Qrafikçi həyat yoldaşı Küntay Tarık Evrenlə xoşbəxt ailə quran gözəl aktrisa Fulya Zenginer 6 gün əvvəl adını Milan qoyduğu oğlunu qucağına alıb.
İlk dəfə ana və ata olma həyəcanını yaşayan məşhur cütlükdən yeni fotolar gəlib. Sosial media hesablarından aktiv istifadə edən və tez-tez xoşbəxt ailə pozaları paylaşan məşhur cütlük paylaşımlarına bir yenisini əlavə edib. Zenginer Milanın üzünü gizlətməyib. “Milan bir həftəlikdir... Şəklimizi nənəmiz çəkdi” qeydini edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB