"...Məlum olduğu kimi, parlament müxalifəti parlamentə Ermənistanın maraqları və mövcud durumu ilə heç bir əlaqəsi olmayan hakimiyyətin təqdim etdiyi süni və mənasız gündəmlə deyil, sırf öz gündəmi ilə qayıtmağa hazırlaşdıqlarını bəyan edib”.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Past” nəşri yazıb.
Nəşrin yazdığına görə, iyunun 3-ü saat 16- da müxalifətin təşəbbüsü ilə parlamentin növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulub.
O da bildirilir ki, iclasın gündəliyində bir məsələ var - Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı bəyanat layihəsi.
“Past” guya parlament çoxluğunun artıq bu görüşdə iştirak etməyəcəyini də bəyan edib.
Buna baxmayaraq, nəşr, hakimiyyət bu günə kifayət qədər ciddi hazırlaşdığını da gizlətmir.
...Üstəlik, Nikol Paşinyan parlamentdə istehza ilə “müxalifətin sona qədər köhnəlməsi üçün ona xüsusi müdaxilə etməyə” ehtiyac olmadığını da bildirib. Amma, bununla belə o, müxalifət hərəkatının indiyə qədər “yıxılmamasından” da guya çox ciddi narahatdır.
Bunu da “Past” yazır və Nikol Paşinyanın istefasını tələb edən Müqavimət Hərəkatının üzvləri arasındakı polislərlə son toqquşmada həbs olunan 8 nəfər ən fəalın həbsini hakimiyyətin mitinqçilərə “xox” gəlməsilə yanaşı, həm də onyun qorxaqlığı kimi təqdim edir.
Nəşrə görə, Nikol hələ də, ətrafına yığılan Arman Babacanyan kimi əvvəli fərari olmuşlara, onların dəstəyinə ümid edir.
Yeri gəlmişkən, Ermənistanda “Partiya naminə!” fraksiyasının lideri Arman Babacanyan ötən gün Fransa meydanında yığılan erməniləri zibil adlandırıb.
Təbi ki, bu da zibil adını götürmək istəməyən erməniləri bərk qəzəbləndirib. Onlar Nikol kimi siyasətə jurnalistikadan gələn “dezertir” Babacanyanın da Nikolu gözləyən aqibətlə üzləşə biləcəyini istisna etməyiblər.
Amma erməni nəşri hakimiyyətin iyunun 3-ünə kifayət qədər ciddi hazırlaşdığını təkrarlamaqla, meydana yığılanlara xəbərdarlıq etməkdə davam edir. “Past” iqtidardakı mənbələrinə istinadən, həmən günədək Fransa meydanını "azad etmək", qiymətindən asılı olmayaraq alınan və ya “prokata” götürülən bütün çadırları yığışdırmaq niyyətindədir.
“...Bizdə də məlumat var ki, Nikol artıq Ermənistanda akkreditə olunmuş Qərbli səfirləri də öz qərarı ilə bağlı məlumatlandırıb. Deyilənə görə, mitinqçilərə qarşı çox sərt tədbirlər görüləcək”. Bunu da “Past” nəşri yazıb.
Yenə də, deyilənə görə, bu günlərdə Paşinyan İrəvanda çoxlu sayda polisi cəmləyib. Çünki, onun hakimiyyətinin yeganə dayağı polislərdir. Bunu İrəvandakılar da görür. Onu da deyirlər ki, İrəvana yaxın rayonların heç birində polis qalmayıb, hamısını yığıb töküblər İrəvanın mərkəzinə.
...Nikolun dayağı demişkən,.. “Hayastan” müxalifət fraksiyasından olan deputat Artur Kazinyan o gün “Facebook” səhifəsində Nikolun təkcə may ayında erməni polisinə 6,5 milyon dollar bonus payladığını bildirib.
...Bunu artıq mən deyirəm, doğrudan da, ermənilər əbəs yerə Ermənistanı “dünya demokratiyasının mərkəzi” hesab etmirlər, belə ki, bu ölkədə nə iş görülürsə, ilk olaraq erməni xalqı məlumatlandırılır. Yoxsa, Kazinyan polisə paylanan bonusun miqdarını hardan bilərdi, hıy?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB