“ABŞ-ın Rusiya neftinə qarşı tətbiq etdiyi qadağa Moskvanın gəlirlərini daha da artırır”. Bunun Almaniyanın vitse-kansleri Robert Habek CNN telekanalına müsahibəsində bildirib.
SİA bu barədə “rambler”ə istinad edir.
Beləliklə, Habekin sözlərinə görə, bu qadağa nəticəsində Rusiya prezidenti Vladimir Putin “az neft sataraq daha çox pul qazanıb”.
Habek vurğulayıb ki, “bu, həll edilməsi lazım olan problemdir”. Eyni zamanda, o, Rusiya karbohidrogenlərinin tədarükünə məhdudiyyətlərin tətbiqi qərarını “mənəvi nöqteyi-nəzərdən” düzgün və zəruri adlandırıb.
Lakin o embarqonun bu günə qədər “gözlənilən effektə gətirib çıxarmadığını da” etiraf edib.
Xatırladaq ki, ABŞ administrasiyası martın əvvəlində Rusiyadan neft və qaz tədarükünə embarqo qoyub. Bunu elan edən prezident Cozef Bayden ABŞ-da benzinin qiymətinin qalxması perspektivindən xəbərdar olduğunu, lakin prezident Putinə “təzyiq” etməkdə qərarlı olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB