Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 7-də Serbiyanın paytaxtı Belqrada səfər edəcək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Sergey Lavrov Rusiyanın Serbiyadakı səfirliyinin təşkil edəcəyi “Rusiya günləri” tədbiri çərçivəsində Belqrada gələcək. Səfər çərçivəsində rusiyalı nazirin Serbiya rəsmiləri ilə keçirəcəyi görüşlərdə Ukrayna hadisələri, rəsmi Belqradın Moskvaya münasibəti və Qərbin Rusiyaya qarşı sanksiyaları kimi aktual mövzuların müzakirə olunması gözlənilir.
Xatırladaq ki, S.Lavrov sonuncu dəfə ötən ilin oktyabrında Serbiyaya səfər etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB