ABŞ Ukraynada vəziyyətin daha da pisləşə biləcəyindən ehtiyatlanır. Bu barədə “Fox News” telekanalına danışan ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millinin sözlərinə görə, ehtimal olunan nəticənin qarşısını almaq üçün tədbirlər görməyə qərar veriblər.
SİA bu barədə “TASS”a istinad edir.
Beləliklə, Millinin sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri Rusiya və Amerika hərbçiləri arasında aparılan danışıqlardır.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Valeri Gerasimovla telefon danışığı apardığını deyən Milli, Pentaqonun rəhbəri Lloyd Ostinlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında da belə bir telefon danışığının olduğunu bildirib. Generalın sözlərinə görə, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Milli vurğulayıb ki, münaqişənin gərginləşməsi ehtimalı həmişə var, ona görə də onun şanslarını dəyərləndirmək və onu idarə etmək vacibdir.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Vaşinqtonun Kiyevi uzaqmənzilli raket sistemləri ilə təmin etməkdən imtina etdiyini bildirmişdi. Amerika dövlətinin başçısı Ukraynanın Rusiya Federasiyasının ərazisinə çata bilən silahlara malik olmamasını demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB