Cənubi Qafqaz regionunun gələcəyi sülh mühitindən çox asılıdır. Biz Ermənistan və Azərbaycan arasında danışıqların uğurla davam edəcəyinə ümid edirik.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə ermənistanlı həmkarı Vaaqn Xaçaturyanla görüşdən sonra mətbuata açıqlamasında söyləyib.
Avropa İttifaqının (Aİ) prosesdə iştirakını alqışlayan S.Zurabişvili deyib: “Biz bilirik ki, regionda sülhün tam bərpası bu müzakirələrdən asılıdır. İqtisadi inkişaf sülhə əsaslanır və regiona bağlı bütün yeni planlar gələcək üçün böyük perspektivlər vəd edir”.
Gürcüstan prezidenti deyib ki, ölkəsində azərbaycanlı və erməni vətəndaşların dinc birgəyaşayışı burada mövcud olan tolerantlığı əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB