Çarlz Mişel əlavə edib ki, Avropa İttifaqı Rusiyanın üç dövlət yayımçısına və Rusiya hakimiyyəti ilə əlaqəli bir sıra şəxslərə qarşı da sanksiyalar tətbiq etmək niyyətindədir
Batmannan gələn "dərd"..?

Avropa İttifaqına üzv dövlətlərin başçıları “Sberbank”ı SWIFT beynəlxalq ödəniş sistemindən ayırmaq qərarına gəliblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

“Bu sanksiyalar paketinə digər sərt tədbirlər də daxildir: Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT-dən ayrılması”. Qeyd edək ki, Çarlz Mişel bunu “Twitter”də yazıb. Onu da qeyd eək ki, bu gün “Twitter”də ruslar üşün əlçatmazdır, çünki bu set də Rusiya Federasiyasında bloklanıb.

...Nə isə, dərd “gələndə başmannan gəlir”, Halbuki dünən dediyimiz kimi ruslar bunun günahını özlərində yox, kənarda axtarırlar.

Deməli, Çarlz Mişel əlavə edib ki, Avropa İttifaqı Rusiyanın üç dövlət yayımçısına və Rusiya hakimiyyəti ilə əlaqəli bir sıra şəxslərə qarşı da sanksiyalar tətbiq etmək niyyətindədir.

Mayın əvvəlində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan etmişdi ki, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı altıncı məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində “Sberbank” və bir sıra Rusiya telekanallarına qarşı sanksiyalar tətbiq edəcək.

Bu arada Amerikanın “Politico” nəşrinin yazdığına görə, SWIFT-lə əlaqənin kəsilməsi “Sberbank”dan başqa bir neçə Rusiya bankına da təsir edəcək.

Avropa İttifaqı altıncı sanksiyalar paketini qəbul etməyə hazırlaşırdı ki, bu da Qərbin Rusiyanın enerji resurslarından - neft və qazından imtina etməsini nəzərdə tutur.

Lakin Avropa İttifaqı ölkələrinin heç də hamısı bu ideyanı bəyənməyib. Xüsusilə, Macarıstan neft embarqosunu yalnız Avropa İttifaqının ölkənin maliyyə təhlükəsizliyinə zəmanət verəcəyi təqdirdə dəstəkləyəcəyini bildirib. Nəticədə təşkilat daxilində parçalanma səbəbindən Rusiyaya qarşı növbəti sanksiyalar paketinin qarşısı alınıb.

...Və sonda qeyd edək ki, ”Sberbank”ı SWIFT beynəlxalq ödəniş sistemindən ayırmaq Rusiya üçün böyük itkidesək yanılmarıq. Təsadüfi deyil ki, bu bank Rusiyanın maliyyə konqlomeratı sayılır(dı), Rusiya və ümumiyyətlə Şərqi Avropada ən böyük universal bank idi.

Onu da qeyd edək ki, həl2019-cu ilin sonunda “Sberbank”ın 96,2 milyon aktiv fərdi müştərisi və 2,6 milyon aktiv korporativ müştərisi var idi. Aktivlərin həcminə görə dünyanın ən böyük bankları arasında səkkizincisi ondadır. Rusiya Bankı tərəfindən sistem əhəmiyyətli kredit təşkilatları siyahısına daxil edilmişdi.

...Amma indi "heyif oldu"?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə