Rəqəmin doğruluğuna zəmanət verilmir...

Ukraynada müharibə zamanı 243 uşaq həlak olub?
Rəqəmin doğruluğuna zəmanət verilmir...

Rusiyanın Ukraynaya silahlı müdaxiləsi nəticəsində yetkinlik yaşına çatmayan ən azı 243 uşaq həlak olub, daha 444 nəfər isə yaralanıb. SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Qeyd edək ki, bu barədə Baş Prokurorluğun mayın 30-da səhər saatlarına olan məlumatında deyilir.

Ukrayna prokurorluğu təsdiqləyib ki, mayın 29-da rusların Xerson rayonunun Myrolyubovka kəndini artilleriya atəşinə tutması nəticəsində 9 yaşlı qız ölüb. Daha iki uşaq, 7 aylıq körpə və 5 yaşlı qız isə xəsarət alıb.

Bundan əvvəl, mayın 25-də Xarkov vilayətinin İzyumski rayonunun Studenok kəndinin atəşə tutulması nəticəsində 3 yaşlı uşaq yaralanıb. Mayın 26-da isə 16 yaşlı yeniyetmə Luqansk vilayətinin Lisiçansk şəhərini rus qoşunlarının atəşə tutması nəticəsində yaralanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə