Avropa İttifaqı Ukraynanın yenidən qurulmasını yalnız Kiyevin bir sıra islahatlar həyata keçirməsi şərti ilə maliyyələşdirəcək. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
Ursula fon der Leyen Aİ sammitindən sonra keçirilən mətbuat konfransında deyib: “Avropa İttifaqı və ABŞ Kiyevin islahatlar aparması şərti ilə Ukraynanın yenidən qurulması üçün investisiya cəlb etmək yolunu tapmaq niyyətindədir”. SİA-nın əldə etdiyi məlumata görə, o bunu “Twitter”də yazıb.
O, aydınlaşdırıb ki, Ukraynada maliyyə almaq üçün idarəetmə sistemində islahatlar və korrupsiyaya qarşı mübarizə aparılmalı, eləcə də biznes üçün müsbət mühitin yaradılması istiqamətində məhkəmə sisteminin müstəqilliyi artırılmalıdır.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Ukraynanı maliyyələşdirmək üçün rus oliqarxlarına sanksiyaları ödəmək yolunu təklif etmək niyyətində olduğu bildirilirdi. Həmçinin, Avropa İttifaqı rusların pullarını götürüb Ukraynanın bərpasına göndərməyə imkan verən qanun qəbul etmək niyyətində idi. Ukraynada Rusiyanın xüsusi əməliyyatına başlayandan sonra Avropa İttifaqı ölkələri, o cümlədən ABŞ, Kanada, Yaponiya və bir sıra digər dövlətlər Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediblər. Bir sıra ölkələr rusiyalı oliqarxların aktivlərinə həbs qoyub. “360” telekanalı xatırladır ki, aprel ayında ABŞ Konqresi Rusiyanın aktivlərinin müsadirə edilməsi və onların Ukraynaya yardıma yönəldilməsi təklifini təsdiqləyib.
Bunları rus saytları bildirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB