Maia Sandudan etiraf...

...Moldova MDB çərçivəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır, Prezident Maia Sandu bildirib. “PRO-TV” kanalının məlumatına görə, o qeyd edib ki, nə qədər ki, respublika MDB ilə müqavilələrdən imtiyazlar alır, “onları almalıdır”.

Eyni zamanda, Sandu Rusiyanın hazırda bütün razılaşmalara əməl etmədiyini də etiraf edib.

“Amma bizim ticarət əlaqələrimiz olan başqa ölkələr də var. Ona görə də biz praqmatik olmalıyıq”, - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Moldova parlamentinin spikeri İqor Qrosu hakimiyyətin ölkənin MDB-də qalıb-qalmaması ilə bağlı müzakirələr aparmalması barədə məsəıə qaldırmışdı.

Qeyd edək ki, Moldova Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu almaq üçün ərizə verdikdən sonra Birlikdən mümkün çıxma məsələsi aktuallaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə