İspaniya Səhiyyə Nazirliyi bazar ertəsi, mayın 30-da insanlarda meymun çiçəyi xəstəliyinə yoluxma hallarının təsdiqlənmiş ən azı 120 olduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “El Periodico” agentliyi xəbər verib.
Agentliyin açıqlamasında deyilir: “...Karlos III Sağlamlıq İnstitutu 120 müsbət ortopoxvirus hadisəsini təsdiqlədi, buna görə də onlar meymun çiçəyi təsdiqlənmiş hallar kimi tanınır”.”
Qeyd edək ki, bundan əvvəl İspaniya hakimiyyəti 98 yoluxma barədə məlumat vermişdi. Belə ki, ən çox yoluxma halları Madriddə qeydə alınıb - 76 təsdiqlənmiş və 48 şübhəli...
Bu arada Portuqaliyanın “Publico” nəşrinə görə, ölkədə bazar ertəsi günü 96 infeksiya qeydə alınıb ki, bu da cümə günündəkindən 22 nəfər çoxdur.
Öz növbəsində, Böyük Britaniya Səhiyyə Agentliyi mayın 30-da bazar ertəsi günü 71 yeni yoluxma hadisəsi olduğunu bildirib. Böyük Britaniyada təsdiqlənmiş halların ümumi sayı artıq 179-a yüksəlib.
Yenə bu arada Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, meymun çiçəyi nadir virus xəstəliyidir və əsasən Afrikanın mərkəzi və qərbində tropik meşələrin yaxınlığında yerləşən ucqar ərazilərdə baş verir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB