“Rusiya...məqsədinə çatmayacaq”

“Rusiya...məqsədinə çatmayacaq”

Rusiya ilə hansı sülh şərtlərini qəbul edəcəyinə Ukrayna özü qərar verməlidir. Yəni reallıq qorunmalıdır.

Ötən gün “ARD” telekanalına danışan Almaniya kansleri Olaf Şölz yuaxarıda dediklərinə, Qərbin Rusiyaya qarşı gələcək sanksiya rejiminin də bundan asılı olacağını əlavə edib. SİA bu barədə rus saytlarına istinad edir.

“...Tamamilə aydındır ki, yalnız Ukraynanın özünün düzgün hesab etdiyi razılaşma Rusiyanın iqtisadi sabitliyinə sanksiyalarla bağlı olan kütləvi məhdudiyyətlərin nə vaxtsa sona çatmasına gətirib çıxara bilər” - o deyib.

Eyni zamanda, Şölz belə tərəflər üçün hansa da bir “məqbul sülhün” də qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Olaf Şölz “...Rusiyanın qarşısına qoyduğu məqsədlərə çatması mümkün olmayacaq”- deyib.

O da bəzi avropalı həmkarları kimi, növbəti dəfə hərbçilərin Ukrayna ərazisindən çıxarılmasını tələb edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə