Mərkəzi Afrika Respublikası “Bitcoin”i ödəniş vasitəsi kimi qəbul etdi

Kriptovalyutalar Mərkəzi Afrika Respublikasında rəsmi olaraq istifadə olunmağa başladı
Mərkəzi Afrika Respublikası “Bitcoin”i ödəniş vasitəsi kimi qəbul etdi

Mərkəzi Afrika Respublikası Salvadordan sonra “Bitcoin”i ödəniş vasitəsi kimi qəbul edən ikinci ölkə olub.

SİA xəbər verir ki, yerli mətbuatda yazılan xəbərlərə görə, ölkənin rəqəmsal iqtisadiyyat və telekommunikasiya naziri Qurna Zakonun (Gourna Zacko) parlamentə təqdim etdiyi kriptovalyuta birjasını və “Bitcoin”i valyuta kimi qəbul edən qanun layihəsi yekdilliklə qəbul edilib.

Prezident Faustin-Archange Touadera da istifadə olunmağa başlanan pul vahidinin adının "Sanqo" olduğunu açıqlayıb.

Yeni qanuna görə, ölkədəki şirkətlər və fiziki şəxslər əməliyyatlarını kripto pullarla həyata keçirə və vergilərini bu yolla ödəyə biləcəklər.

Qeyd edək ki, Mərkəzi Amerika ölkəsi Salvadorda “Bitcoin” 2021-ci ilin 7 sentyabr tarixindən qanuni valyuta kimi istifadə edilməyə başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə