Serbiya ilə Rusiya arasında imzalanması planlaşdırılan qaz müqaviləsi

Serbiya ilə Rusiya arasında imzalanması planlaşdırılan qaz müqaviləsi

Serbiya prezidenti Aleksandar Vucic yaxın vaxtlarda Rusiya ilə 3 il müddətinə qaz almaq barədə müqavilə imzalayacaqlarını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Aleksandr Vuçiç yerli media mənbuslarına verdiyi bəyanatda dünən (29 may) səhər saatlarında Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib.

Rusiyadan sərfəli qiymətə qaz alacaqlarını bildirən Vuçiç "Şərtlər yerinə yetirilərsə, yaxın vaxtlarda Rusiya ilə 3 illik müqavilə imzalayacağıq” deyib.

Aleksandr Vuçiç Putinlə qaz razılaşması imzalanacağı təqdirdə qışı təhlükəsiz keçirəcəklərinə diqqət çəkərək deyib ki, qışda Avropadan 10-12 dəfə az pul ödəməyi planlaşdırırıq. Buna görə min kubmetr qaza görə 310-408 dollar arasında pul ödəməyi nəzərdə tuturuq.

Bütün xəbərlər Facebook səhifəmizdə