“...Bolqarıstanda bir qrup ukraynalı qaçqın “üsyan qaldıraraq” dövlət düşərgəsində yaşamaqdan imtina etdiklərinə görə, onları müvəqqəti olaraq şəxsi oteldə yerləşdiriblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bolqarıstan Milli Radiosu (BNR) məlumat yayıb və...
Əvvəla qeyd edim ki, ukraynalı qaçqınların “üsyanı barədə” xəbəri rus saytları yayımlayıb. Belə ki, onlar hətta qaçqın düşən Ukrayna vətəndaşlaının sözlərinə də “istinad ediblər”. Qara dəniz yaxınlığındakı Varna şəhərində müvəqqəti məskunlaşan köçkünlərin yağan yağışlardan sonra yararsız hala düşən düşərgələrindəki yaşama etiraz ediblər. Boiqarıstan rəhbərliyi də , ukraynalı qaçqınların etirazını nəzərə alaraq onları Qorna Oryaxovitsadakı şəxsi otellərdən birinə göndərib.
…Əslində rusların adi bir məişət hadisəsini beləcə “şişirdib” rus saytlarında yayımlamağa elə də ehtiyac yox idi.
…Və əgər varsa, onda gərək rus yazarları hər şeyi öz adıyla çağırmalı idilər.
Deyək ki, elə ilk olaraq, bunların niyə sərgərdan olub, qaçqın düşmələrinin səbəblərini…
Niyə böyük bir təbii sərvətlərə malik olan Ukrayna vətəndaşları hansısa bir dövlətin qanadı altına sığınmalıdırlar?
Maraqlıdır, bəs niyə rus yazarları Ukraynanın Xerson vilayətində ukraynalıların əkib becərdiyi taxılı indi rusların dədələrinin malı kimi yığılıb Rusiyaya göndərilməsini geniş demirəm, balaca da olsa işqlandırmırlar? Utanırlar, cətin ki…
…İnanın, bularınkı, bizlərdə deyilən o, həm utanmaqdan, həm də oynamaqdan keçib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB