İsveç: Türkiyəyə silah ixrac edə bilərik

İsveç bugünkü şərtlərlə Türkiyəyə silah ixrac edə biləcəyini açıqlayıb.
İsveç: Türkiyəyə silah ixrac edə bilərik

İsveç Dövlət Silah İxracına Nəzarət Agentliyinin (ISP) sədri Karl Evertsson ölkəsinin NATO-ya üzvlük müraciəti ilə bağlı Türkiyə ilə aparılan danışıqlarla bağlı “Expressen” qəzetinə bəyanat verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İsveç müdafiə komissiyasının tələb etdiyi şərtlərlə silah ixrac etdiklərini qeyd edən Evertsson "Türkiyənin hazırda bizim silahlarımıza ehtiyacı yoxdur. Bizdən silah almırlar. Müdafiə komissiyasından gələn müraciətləri ayrı-ayrılıqda qiymətləndiririk. Bugünkü şərtlərlə Türkiyəyə silah sata bilərik" deyib.

Evertsson İsveç istehsalı olan "AT-4 "tank əleyhinə silahların separatçı terror təşkilatı PKK-nın əlinə necə keçməsi ilə bağlı suala isə "Biz bu silahları təşkilatlara ixrac etmirik. Bu, sözügedən silahların ABŞ-dan lisenziya əsasında istehsal edilməsi və bunların üçüncü ölkələrə göndərilməsinə icazə verilməməsi şərtinə diqqət yetirməməyimizdən qaynaqlanmış bağlı ola bilər"cavabını verib.

ISP 15 oktyabr 2019-cu ildə Türkiyəyə silah satışını qadağan etmişdi.

"SR" dövlət radiosunun xəbərinə görə, bu tarixdən sonra İsveç mərkəzli 3 özəl silah istehsalçısı şirkətin Türkiyəyə silah satması tələbi qəbul edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə