Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub

Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində ABŞ qüvvələrinin yerləşdiyi Ömər qaz yatağının ətrafına raket zərbələri endirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

TRT-nin yerli mənbələrə istinad etdiyi xəbərə görə raket hücumu səhər radələrində İranın dəstəklədiyi əcnəbi terrorçu qrupların olduğu bölgədən həyata keçirilib. Hadisə nəticəsində qaz yatağında fəsad yaranmayıb. Lakin ABŞ qüvvələri raketlərin gəldiyi istiqamətə artilleriya və raket hücumu təşkil ediblər.

Qeyd edək ki, Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi separatçı terror təşkilatı YPG/PKK-nin işğalında, şəhər mərkəzi və digər kəndlər isə Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə