Zelenski Xarkova səfər edib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın fevralın 24-də ölkəsinə qarşı müharibəyə başlamasından sonra ilk dəfə Xarkov bölgəsinə səfər edib.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Prezident Aparatı Ofisindən verilən açıqlamada Zelenkinin Xarkov vilayətinə səfəri çərçivəsində Ukrayna əsgərlərinin mövqeləri ilə bağlı tədqiqat apardığı bildirilib.

Bununla bağlı verilən açıqlamada Zelenskinin hərbi şəxslərdən Rusiya ilə davam edən müharibə ilə bağlı məlumat aldığı və dövlət başçısının Ukrayna əsgərlərinə dövlət mükafatları təqdim etdiyi bildirilib.

V. Zelenski əsgərlərə təşəkkür edərək deyib:

"Xidmətinizə görə hamınıza təşəkkür edirəm. Sizlər dövlətimiz üçün həyatınızı riskə atırsınız. Ukraynanın müstəqilliyini qoruduğunuz üçün təşəkkür edirik. Özünüzü qoruyun".

Cəbhə xəttində aparılan tədqiqatlardan sonra Zelenski Xarkov şəhərində toqquşmalar nəticəsində dağılmış evlərə və digər tikililərə baş çəkib, ordu rəsmilərlə görüş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə