Rusiyadan Türkiyəyə "Mavi axın" boru xətti ilə təbii qaz nəqli bərpa edilib. SİA-nın məlumatına görə, bu barədə "Qazprom" şirkəti bildirib.
Qeyd olunur ki, "Mavi axın" boru xəttində aparılan planlı işlərlə əlaqədar mayın 17-dən 30-dək Türkiyəyə qaz nəqli dayandırılmışdı. Bu gündən etibarən nəql bərpa edilib.
Uzunluğu 1 200 kilometrdən çox olan "Mavi axın" qaz kəmərinin buraxılış gücü illik 16 milyard kubmetrdir.
Ötən il ərzində həmin xətt vasitəsilə Rusiyadan Türkiyəyə 15,98 miyard kubmetr qaz nəql edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB