Təyyarə qəzasında ölənlərdən 14 nəfərinin meyiti tapılıb - FOTO

Təyyarə qəzasında ölənlərdən 14 nəfərinin meyiti tapılıb - FOTO

Nepalda mayın 29-da dağlıq ərazidə qəzaya uğramış təyyarədə ölənlərdən indiyədək 14 nəfərinin meyiti tapılıb.

SİA yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya qurumu açıqlama yayıb. Hazırda digərlərinin axtarışları aparılır. Axtarış işlərini 11 nəfərlik heyət aparır. Dumanlı hava və dağlıq relyef səbəbindən qəza yerinə əlavə qüvvələr göndərmək mümkün olmayıb.

Qeyd edək ki, mayın 29-da səhər saatlarında Poxara şəhərindən Comsom şəhərinə uçan “Twin Otter” tipli təyyarə ilə əlaqə uçuş başlayandan bir neçə dəqiqə sonra kəsilib. “Tara Air” şirkətinə məxsus təyyarədə 3 heyət üzvü, 19 sərnişin, o cümlədən 4 Hindistan və 2 Almaniya vətəndaşı olub. Əlverişsiz hava şəraiti təyyarənin qəzaya uğradığı yeri tapmaqda çətinlik yaradıb. Mustanq rayonunda təyyarənin dağa çırpıldığı ərazi mayın 30-da tapılıb və dərhal axtarış işlərinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə