Şagirdləri aparan avtobus yük maşını ilə toqquşub

Şagirdləri aparan avtobus yük maşını ilə toqquşub

Türkiyənin Mərsin vilayətində şagirdləri aparan avtobus yük maşını ilə toqquşub.

SİA-nın məlumatına görə, hadisə nəticəsində 9-u şagird olmaqla 11 nəfər xəsarət alıb.

Qəza yerinə çoxlu sayda tibbi yardım maşını cəlb edilib. Yol müvəqqəti olaraq hərəkət üçün bağlanıb.

Qeyd olunur ki, yaralılardan bir şagird və avtobus sürücüsünün vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə