Polşa Ukraynaya hərbi yardımlarını davam etdirir

Polşa Ukraynaya hərbi yardımlarını davam etdirir

Rusiyanın Ukraynaya hücumları davam edərkən, Polşa Rusiyanın hücumu altında Ukraynaya hərbi yardımını davam etdirir. SİA xarici mətbuata istinadən xəbər verie ki, fevralın 24-də Rusiya hücumları başlayandan Ukraynaya hərbi yardım edən Polşa 18 ədəd özüyeriyən “AHS Krab qaubitsasını” göndərib. Həmçinin 100 Ukrayna əsgərinin göndərilən haubitsalardan istifadə üzrə təliminin Polşa ordusu tərəfindən tamamlandığı və Polşanın bu köməyi sayəsində Ukraynanın əlindəki Qərb istehsalı olan haubitsaların sayının 24-ə yüksəldiyi bildirilib. Adıçəkilən haubitsaların nə vaxt göndərildiyi açıqlanmayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə