Rusiya neftinə qoyulan embarqo ilə bağlı razılığa gəlinməyəcəyi bildirilib
Avropa İttifaqının (Aİ) sabah baş tutacaq liderlər sammitindən əvvəl Rusiya neftinə qoyulan embarqo ilə bağlı razılığa gələ bilməyəcəyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Aİ Ukraynaya hücumları səbəbindən Rusiya neftinə tətbiq etmək istədiyi embarqo ilə bağlı sabahkı liderlər zirvəsinə qədər razılığa gələ bilməyib. Sözügedən embarqonun Rusiya neftindən daha çox asılı olan ölkələr tərəfindən bloklandığı bildirilib. Adı açıqlanmayan AB-nin yüksək rütbəli diplomatı bəyan edib ki, Aİ-yə üzv ölkələrin üzərində çalışdıqları Rusiya neftinə embarqo qoyulması təklifi xüsusilə Macarıstan, Slovakiya və Çexiya tərəfindən bəyənilmir.
Rusiya neftinə qarşı embarqonu dalandan çıxarmaq üçün Avropa Komissiyası qadağanın yalnız Aİ-yə tankerlər vasitəsilə gətirilən Rusiya neftinə şamil edilməsini və Macarıstan, Slovakiya və Çexiyaya bir müddət Rusiya neftini Rusiyanın Drujba Boru Kəməri ilə qəbul etməyə davam etməyi tövsiyə edib.
Rusiyanın Ukraynaya girməsi ilə başlayan və üç ay sonra başlayan müharibənin başlanğıcından bu yana mərhələli şəkildə sanksiya qərarları alan Aİ altıncı sanksiya paketini açıqlayıb. Rusiya neftinə tədricən embarqonun tətbiqi və Aİ-nin Rusiya resurslarından asılılığının azaldılması istiqamətində atılacaq addımlar Rusiya neftindən daha çox asılı olan ölkələrdən dəstək almır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB