Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Pol Pelosi sərxoş halda avtomobil idarə etdiyi üçün Kaliforniyada həbs edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Daily News” məlumat yayıb.
Nəşrin məlumatına görə, həmin şəxs eyni vaxtda iki dövlət yol hərəkəti qaydasını pozmaqda ittiham olunub. Məlumata görə, onun qanında spirtin miqdarı qanunla müəyyən edilmiş 0,08 faizlik həddi keçib.
Pelosi hazırda 5 min dollar girov müqabilində azad edilib.
Nensi Pelosinin sözçüsü hadisə ilə bağlı şərh verməyəcəyini bildirib.
Yeri gəlmişkən, Nümayəndələr Palatasının sədri Nensi Pelosi 2022-ci ilin sonunda vəzifəsini tərk etməyə hazırlaşır. Qeyd edək ki, o 19 ilə yaxındır ki, vəzifədə idi və çox güman ki, karyerasını bütün zamanların ən aşağı təsdiq reytinqi ilə başa vuracaq. Niyə, çünki “Gallup”un son sorğusuna əsasən, respondentlərin 58 faizi Pelosinin fəaliyyətini bəyənmirlər.
...Hə, indi nə olsun ki, o erməniləri “bəyənir”. Amma amerikalılar ki, onu bəyənmir.
Yeri gəlmişkən... mən Nensinin ərini Amerikada yaşayan hansısa bir erməninin qonaq elədiyinə elə də inanmıram.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB