Mərmərə dənizində iki yük gəmisi toqquşub. SİA xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” telekanalı məlumat yayıb. İlkin məlumata görə, xəsarət alan yoxdur.
“Mare” yük gəmisi Mərmərə dənizində üzərkən naməlum səbəbdən idarədən çıxıb. Kanalın məlumatına görə, sürüşməyə başlayan gəmi başqa bir yük gəmisi olan “Arel-4” ilə toqquşub.
Artıq qəza bölgəsinə Sahil Mühafizəsinin xilasetmə qrupları göndərilib. Hər iki gəmi qəza hesabatı tərtib edib. Məlumata görə, itki yoxdur.
Bundan əvvəl Baltik dənizində İsveçin Ystad şəhəri ilə Danimarkanın Bornholm adası arasında iki yük gəmisinin toqquşduğu bildirilirdi. İsveç Dəniz Administrasiyasının məlumatına görə, gəmilərdən biri çevrilib.
Bundan əlavə, Panama bayrağı altında üzən yük gəmisi Yaponiya dənizində batıb. Gəmi Naxodka limanından Yaponiyanın Kinuura limanına gedirmiş. Kömürlə yüklənmiş yük gəmisinin göyərtəsində 18 ekipaj üzvü olub.
Gəmi Şimane prefekturasından 380 kilometr aralıda qəza siqnalı verib. Gəminin göyərtəsində olanların hamısı Vyetnam vətəndaşları olub. Hadisə yerinə Cənubi Koreya Sahil Mühafizəsinin patrul gəmisi gəlib və 17 dənizçini xilas etməyə nail olub, onlardan biri itkin düşüb. Qəzaya fırtına səbəb olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB