Türkiyə ordusu şəhid verib

İraqın şimalında terrorçularla qarşıdurma nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən Türkiyə ordusunun əsgəri edilən tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Nazirlikdən verilən açıqlamada deyilir: “Bizi dərin ağrı və hüznə boğan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı verir, səbr diləyirik”.

Xatırladaq ki, hadisə mayın 27-də “Pəncə-Kilit” şərti adı altında başladılan növbəti antiterror əməliyyatlarının aparıldığı bölgədə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə