Vətəni Almaniyaya qayıdan “Junge Welt” nəşrinin Moskva müxbiri Ulrich Heiden Berlində baş verənlərdən dəhşətə gəldiyini göstərən məqalə ilə şıxış edib.
Müxbir Almaniyada böyük miqdarda rusofobiyanın və genişmiqyaslı anti-Rusiya təbliğatının aparıldığını qeyd edib. Onun sözlərinə görə, Berlindəki vağzalda Ukrayna prezidenti Vladimir Zelenskinin təxribat xarakterli şüarlarla müşayiət olunan portreti asılıb.
“Mən dəhşətə gəldim. Anti-Rusiya təbliğatı, rusofobiya, əslində Rusiyaya qarşı təqib – özü də Almaniyanın əsas dəmir yolu vağzalında? Elə bil üzümə yumruq vurdular: mən haradayam? Bəlkə mən başqa Almaniyaya gəlmişəm?”-rus saytlarının yazdına görə, guya bunları alman jurnalist bildirib.
Haydenin sözlərinə görə, sovet əsgərlərinin kütləvi məzarlığı və abidəsi olan Treptou parkında polis nümayişləri dağıtmaq üçün təchiz olunmuş növbətçilik edir, hər hansı rus simvolu və hərbi mahnıların ifası da qadağandır.
Müxbir əlavə edib ki, çoxları bu tələbləri pozmağa çalışır. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ı düşmən dövlət adlandırmışdı. Onun sözlərinə görə, düşmən ölkələri düşmən adlandırmağın vaxtı çatıb, çünki onların Rusiyaya münasibətdə etdiklərini müharibə adlandırmaq olar.
Xatırladım ki, Peskov təkcə Amerika Birləşmiş Ştatlarını deyil, əksər Qərb ölkələrini Rusiyaya qarşı hibrid müharibə aparmaqda “ittiham etmişdi”.
Əslində, bu gün təkcə Dmitri Peskov deyil, əksər rus səlahiyyətliləri “Rusiya üşün” kənarda düşmən axtarırlar. Amma, maraqlıdır, görən onlar bu “düşmənlərin” nədən formalaşdıqları barədə heç özlərinə sual verirlərlərmi? İnanmıram, çünki ruslar üçün dəxli yoxdur. Onlar bütün məsələlərdə ancaq özlərini haqlı biılirlər.
Amma unundurlar ki, “...rus xalqının uğurunun ən vacib xüsusiyyəti onların sadist vəhşiliyidir”.
Yox, bunu mən demirəm, “böyük proletar yazıçısı”
mlliyyətcə rus olan Maksim Qorki deyir. Qeyd edim ki, öz milləti barədə “belə pis” danışan təkcə Qorki deyil. İstəsən, rusların özlərini ifşa edən nə qədər deyimini nümunə gətirmək olar. Amma mən ancaq birini gətirəcəm. Buyurun, baxın:
“...ağıllı ruslar azdır. Uyğun bir insan tapsanız, mütləq ya bir yəhudi, ya da bir yəhudi qanı qarışığı ilə ...”.
Bilirsiniz bunu kim deyib, proletarın dahi rəhbəri Vladimir İliç Lenin.
...Amma, etiraf edim ki, Vladimir İliçin millətinin kim olduğu hələ də mənə müəmma olaraq qalmaqdadır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB