Polşa Ukraynaya 18 özüyeriyən haubitsa verəcək

Polşa Ukraynaya 18 özüyeriyən haubitsa verəcək

Ukrayna Polşadan 18 ədəd müasir KRAB özüyeriyən haubitsa alacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Polskie Radio” məlumat yayıb.

Söhbət üç artilleriya batalyonu üçün avadanlıqdan gedir.

Polşa hərbçiləri artıq 100 ukraynalı artilleriyaçıya KRAB top haubitsalarından istifadə üzrə təlim keçib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin ixtiyarında azı 24 özüyeriyən silah qurğusu var.

“Sezar” adlanan oxşar tipli altı avadanlıq Fransa tərəfindən köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə