Davam edən leysan yağışlar ölənlərin sayını artırıb

Davam edən leysan yağışlar ölənlərin sayını artırıb

Braziliyanın şimal-şərqindəki Bahia ştatında daşqınlar nəticəsində ölənlərin sayı 80-ə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, ölkənin 136 şəhərində fövqəladə vəziyyət elan edilib.

Bahia ştatının Mülki Müdafiə və Mühafizə İdarəsinin (Sudec) məlumatına görə, bölgədə leysan yağışlar noyabr ayından bəri davam edir.

15 milyondan çox əhalisi olan Bahia ştatında 34 mindən çox insan evlərini itirib, 43 minə yaxın sakin isə təxliyə edilib.

Daşqınların mənfi nəticələrindən təxminən 472 min insan zərər çəkib. Bahia qubernatoru Rui Kosta, əyalətin eyni vaxtda koronavirus pandemiyasının nəticələri ilə mübarizə apardığını da bildirib.

Onun sözlərinə görə, ştatın cənubundakı bir sıra şəhərlərdə bütün dərmanlar və peyvəndlər yararsız hala düşüb.

Qeyd edək ki, bundan əvvəl Bahia ştatının cənubunda 37 şəhərin su altında qaldığı bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə