Ura.ru saytı Rusiya Dövlət Dumasının keçmiş deputatına istinadən xəbər verir ki, nasist Almaniyasının təbliğatçısı Cozef Qebbels hazırda Kiyevin istifadə etdiyi məhv edilmiş hərbi texnikanın sərgisini keçirməklə Rusiya Silahlı Qüvvələrini gözdən salmaq üsulundan istifadə edib. SİA bu barədə rus saytlarına istinad edir.
Rusların dediyinə görə, Kiyevin mərkəzində, Mixaylovski meydanında Rusiya ordusunun yandırılmış, dağıdılmış və əsir götürülmüş texnikalarının sərgisi təşkil edilib. Deyilənə görə, Kiyevdən sonra bu sərgi Avropa şəhərlərinə də səfər edəcək.
Ruslara görə, bu sərginin məqsədi rus ordusunu, Rusiyanı məğlub etməyin mümkün olduğunu dünyaya göstərməkdir.
Yenə də ruslara görə, əvvəllər Avropada yandırılmış rus tanklarının belə sərgiləri Gebbels tərəfindən təşkil edilibmiş.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ukraynalı həmkarı Dmitri Kulebanın təbliğat baxımından Üçüncü Reyxin baş təbliğatçısı Yozef Qebbelsin sənətini üstələdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB