Rusiya pasportlarını götürməyin!

Rusiya pasportlarını götürməyin!

Baş nazirin müavini İrina Vereşçuk müvəqqəti işğal olunmuş ərazilərin sakinlərinə Rusiya pasportunu götürməməyi və işğal altında qalmamağı tövsiyə edir. SİA bu barədə “UNİAN”a istinad edir.

Vereşçukun qeyd etdiyi kimi, Rusiya ilə müharibə "gözləniləndən daha uzun" və "təsəvvür etdiyimizdən daha qanlı ola bilər".

"Fevralın 24-dən sonra bütün ukraynalıların həyatı dəyişdi. Bu, xüsusən hazırda müvəqqəti işğal olunmuş ərazilərdə yaşayanlar üçün doğrudur. İndi onlar üçün çox çətindir. Onların bir çoxu indi öz ailələri və öz xalqı üçün çətin taleyüklü qərarlar qəbul etməlidir. İki əsas sual ortaya çıxır. Müvəqqəti işğal altında yaşamaq istəyirsinizmi? Əgər işğal altında qalırsansa, Rusiya pasportunu götürməlisən?”- deyən Vereşçuk Rusiya pasportlarını götürməməyi və mümkünsə nəzarət edilən əraziyə keçməyi tövsiyə edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə