Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanı Ukraynada neonasizmi dəstəkləməkdə ittiham edib və əlavə edib ki, Rusiya bunu kədərlə izləməkdə vavam edir.
SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı nazir bunu “TF1” telekanalına müsahibəsində deyib.
“Təəssüf ki, Ukrayna millətçiliyini, neonasizmi qızışdırmaq baxımından Fransa təşəbbüskar rollardan birini oynayır. Biz bunu görməkdən kədərlənirik”,-deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, Paris Kiyevi fəal şəkildə silahlandırır, müharibəni qalib sona çatdırmağı və “Rusiyanı məğlub etməyi tələb edir: “Bu, yalnız o deməkdir ki, bizim Qərbə bərabər əsasda danışıqlara çağırışla etdiyimiz bütün uzunmüddətli müraciətlərimiz nəinki eşidilməyib, hətta bilərəkdən qulaqardına vurulub. Bu o deməkdir ki, Qərb heç vaxt Rusiya Federasiyası ilə bərabərhüquqlu birlik və əməkdaşlıq istəməyib”, - Lavrov bildirib.
Eyni zamanda Rusiya XİN rəhbəri əlavə edib ki, Rusiya Fransanın “strateji muxtariyyət” konsepsiyasını irəli sürmək niyyətini hiss edir. Prezident Emmanuel Makron ardıcıl olaraq bu mövqeyi dəstəkləyir, lakin digər Avropa ölkələrində belə bir həvəs yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB