Bolqarıstan “Bulgargaz” vasitəsilə ABŞ şirkəti ilə maye qazın hər 1000 kubmetri 28 ABŞ dolları qiymətində nəqletmə xərcləri və digər ödənişlər daxil olmaqla tədarükü üçün uzunmüddətli müqavilə bağlayıb. Bunu Bolqarıstan Milli Televiziyasına müsahibəsində enerji eksperti Vasil Naçev deyib. SİA bu barədə rus saytlarına istinad edir.
O, aydınlaşdırıb ki, bu saziş, lakin Bolqarıstanın da pay sahibi olduğu maye qazın nəqli terminalının Aleksandropulisdə (Yunanıstanın liman şəhəri) fəaliyyətə başladığı anda işə düşəcək.
Bolqarıstanın Baş naziri Kiril Petkov mayın 15-də bildirib ki, ABŞ bazarında qazın qiyməti Avropadakı qiymətin dörddə birinə bərabərdir - ABŞ-da 1 MVt/saat üçün təxminən 26 dollar, Avropada 100 avro, “Qazprom”un qiyməti isə təxminən €72 təşkil edir. Eyni zamanda o, etiraf edib ki, praktikada Amerika qazı Rusiyadan ucuz olmayacaq. Onun sözlərinə görə, qiymət Rusiyadan gələn qazın maya dəyərinə bərabər olacaq ki, bu da nəqliyyat xərcləri ilə bağlıdır.
Bolqarıstan ərazisindən keçən Bolqarıstan-Yunanıstan qaz kəmərinin ümumi uzunluğu 140 km-dir, o, sonradan 5,5 milyard kubmetrə qədər genişləndirilməklə ildə 3 milyard kubmetr qaz üçün nəzərdə tutulub, kəmərin layihə dəyəri ƏDV istisna olmaqla, 145 milyon avrodur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB