Türkiyədə xəstəxanalar istisna olmaqla, digər yerlərdə qoruyucu maska taxmaq artıq məcburi deyil.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
“Üçüncü gündür ki, gündəlik yoluxma sayı 1 000-dən azdır. İstənilən halda ictimai nəqliyyatda qoruyucu maska taxmaya bilərik. Xəstəxanalar istisna olmaqla, maska taxmaq məcburi deyil. Lakin ictimai nəqliyyatda və insanların sıx toplaşdığı yerlərdə maskaların sizinlə olması daha yaxşıdır”, – nazir tviter səhifəsində yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB