Bu arada Fransanın 24 departamentində rekord istilər fonunda yarana biləcək quraqlıqla əlaqədar rəsmi qurumlar şirin sudan istifadə ilə bağlı xüsusi vəziyyət elan ediblər.
SİA xəbər verir ki, “Le Figaro” qəzetinin Ekoloji Keçid Nazirliyinə istinadən verdiyi məlumata görə, artıq ölkənin bir sıra regionlarında məhdudlaşdırıcı tədbirlər, o cümlədən hovuzların su ilə doldurulması, avtomobillərin yuyulması və bağların suvarılması qadağan edilib.
“Bu il quraqlıq çox erkən başladı... Biz bu yay idarəolunmaz vəziyyətdən qaçmaq və su ehtiyatlarına nəzarət etmək üçün tədbirlər görürük”.
Qeyd edək ki, bunu isə Fransanın Baş naziri Elizabet Born bildirib.
Maraqlıdır ki, baş nazir ölkədə yaşanan problemlərlə bağlı bəzi etiraflarda da bulunub. Belə ki, onun sözlərinə görə, heyvanların yemi ilə bağlı çətinliklərlə üzləşəcək hakimiyyət, heyvandarlıq fermerlərinə kömək etmək üçün 400 milyon avro ayıracaq.
Yeri gəlmişkən, bu günlərdə Moldovanın “Fermerlərin Gücü” assosiasiyasının üzvü Andrey Dinqa ölkənin cənubundakı fermerlərin hökuməti buğda yığımına təsir edən və payızı təhdid edən şiddətli quraqlıq probleminə diqqət yetirməyə çağırıb.
Bu arada “Oxfam İnternational” humanitar təşkilatının nümayəndəsi Pərvin Nqala taxıl və neft qiymətlərinin artması səbəbindən bir sıra Afrika ölkələrində 21 milyondan çox insanın aclıqdan ölmək ərəfəsində olduğunu bildirib.
O qeyd edib ki, buğdanın böyük hissəsi, təqribən 90 faizi Şərqi Afrikaya Ukrayna və Rusiyadan verilirdi. Yəni bu iki ölkə ərzaq bazarının əhəmiyyətli hissəsinə nəzarət edirdi. Amma bundan sonra necə olacaq, məlum deyil.
Onun sözlərinə görə, bu gün aşağı gəlirli ölkələrdən olan insanların çörək və digər buğda məhsulları almağa imkanı yoxdur.
Yenidən su ilə bağlı yaşantılara qayıdaraq bildirək ki, bu günlərdə İtaliyanın bəzi şimal şəhərlərində yaşayan insanların sudan sui-istifadə edəcəkləri təqdirdə ağır cərimələrlə üzləşəcəkləri bildirilib. Məsələ bundadır ki, ölkədəki şiddətli quraqlıq bələdiyyə başçılarını belə bir addım atmağa məcbur edib.
...Və bu arada Çili hakimiyyəti də illərlə davam edən quraqlıq səbəbindən paytaxt Santyaqoda su təchizatını məhdudlaşdırmaq qərarına gəlib. Maraqlıdır ki, yerli nəşrlər bu məhdudiyyəti şəhərin bütün 491 illik tarixində görünməmiş hal adlandırıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB