Ölkədəki defoltdan sonra yanacaq çatışmazlığı ilə üzləşən Şri-Lanka yanacaq istehsal etmək üçün istifadə edəcəyi Rusiya xam neftini alacaq
SİA xəbər verir ki, bunu “Bloomberg”ə müsahibəsində “Ceylon Petroleum Corp” neft şirkətinin rəhbəri Sumit Vijinhe deyib.
Onun sözlərinə görə, Sapuqaskanda neft emalı zavodunda yüngül Sibir nefti emal olunacaq. Rusiya xam neftinin bu növü, Murban və yüngül İran nefti ilə birlikdə emal zavodunun emal edə biləcəyi bir neçə növdən biridir.
Nədir məsələ? Məsələ bundadır ki, , Şri-Lanka ölkədəki yeganə neft emalı zavodunu işə salmaq istəyir.
Amma maraqlıdır ki, Şri-Lankanın tədarük haqqını necə ödəyəcəyi hələlik məlum deyil.
Ölkənin energetika nazirinin daha əvvəl bildirdiyi kimi, Şri-Lankanın yeganə neft emalı zavodu neft tədarüklərini mayın 28-də qəbul edəcək.
Onu da qeyd edək ki, Şri-Lanka Rusiyanın Ukraynaya təcavüzündən sonra ucuz rus nefti təklif edən sonuncu Asiya ölkələrindən biri olub.
...Necə deyərlər, qalıb “xarab olunca” dəyər-dəyməzinə sat getsin...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB