Rusiya döyüşçüləri üç səbəbə görə Kiyevi ələ keçirə bilmədilər:
-maddi-texniki təchizatla bağlı problemlər,
-komandanlıq (...marşal Georgi Jukovun nəzəriyyəsinə əsaslanan əsabələri) və...
-rusların ukraynalılara lazımi qiymət verilməməsi.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri “Teleqraf”a müsahibəsində ABŞ-ın xüsusi təyinatlıların veteranı Perri Blekbern deyib.
Veteran döyüşçünün dediyinə görə, ruslar elə düşünürdülər ki, bu, onlar üçün asan gediş olacaq və Kiyevi çox çətinlik çəkmədən ələ keçirəcəklər. Amma bu, onların ölümcül səhvi idi. Ukraynalı müdafiəçilərin müqaviməti onların gözlədiklərindən qat-qat güclü oldu.
Qeyd edək ki, Blekbern şərq cəbhəsində düşmənin taktikasının dəyişdiyini də qeyd edib.
Rusların bu istiqamətdə çoxlu güc toplayıb, yavaş-yavaş irəlilədiklərini deyən amerikalı veteran döyüşçü, ruslarda çevikliyin olmadığını, əksinə logistika ilə bağlı problemlərinin olduğunu deyir.
Blekbernə görə, Ukrayna rusların məhz bu zəif cəhətindən yararlanmalıdır.
Onun sözlərinə görə, bu gün rusların “dünyanın ikincisi” güclü ordusu kimi sırıdıqları orduları acınacaqlı və zəlil gündədir.
Onlar hələ də İkinci Dünya Müharibəsi taktikasından istifadə edirlər... Amma ruslardan fərqli olaraq, ukraynalılar məharətlə manevr edir və qeyri-trivial taktikalardan istifadə edirlər. Blekbern görə, köhnə sovet döyüş nümunələri ilə döyüşməyə çalışan Putin... Ukraynanı məğlub edə bilməyəcək.
Qeyd edək ki, “UNIAN” agentliyi daha əvvəl xəbər verdiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski ukraynalı müdafiəçilərin Kiyevi müdafiə edə biləcəklərinə əmindir. Onun sözlərinə görə, bu, hələ Ukraynanın yekun qələbəsi deyil.
Maraqlıdır ki, Kiyevin meri Vitali Kliçko rusların yenidən “iki günə Kiyevi ələ keçirməyə” cəhd etməyə çalışacaqlarına da istisna etməyib.
Xatırladaq ki, şəhər hakimiyyətinin məlumatına görə, Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Kiyevdə 208 yaşayış binasına, 46 məktəbə, 29 uşaq bağçası və 1 uşaq evinə ziyan dəyib. Həmçinin 13 inzibati bina, 2 idman obyekti, 5 sosial obyekt, 17 səhiyyə, 10 mədəniyyət obyekti, 48 nəqliyyat infrastrukturu obyekti, demək olar ki, yararsız hala gətirilib.
Yeri gəlmişkən, Sovet hərb sənətinin “ən gözəl elementlərini” bu gün də özündə qoruyub saxlayan Rusiya ordusu, bu ordunun “döyüşkənliyi” və ümumiyyətlə sovet generalları ilə bağlı ABŞ-ın 34-cü prezidenti olmuş Duayt Eyzenhauerin maraqlı xatirələri qalıb. Belə ki, rus marşalı Georgi Jukovla şəxsən tanış olan amerikalı sonradan onunla bağlı xatirələrini danışarkən dəhşətə gəldiyini də gizlətməmişdi.
Rus marşalı Georgi Jukovun öz əsgərlərinə qarşı davranışı, onları “diri gözlü” ölümə göndərdiyinə şahidlik edən Eyzenhauer sonralar yazmışdı: “...qarşı sahələr minalıdır. Bunu Jukov da bilir. Təbii ki, bu istiqamətdə atılan hər bir addım 100 faizlik ölümdür. Eyzenhauer dəhşətə gəldiyini etiraf edir ki, bunları bilən Jukov həmən o minalı sahələrdə hüçuma keçmək əmri verirdi.
Mənə elə glir ki, ABŞ-ın xüsusi təyinatlıların veteranı Perri Blekbern də bugünkü rus ordusu barədə bunları demək istəyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB