Rustamyanın “şip-şirin arzuları”...

Rustamyanın “şip-şirin arzuları”...

“...Nikol Paşinyanın gedişindən sonra Ermənistanın yeni hakimiyyəti insanları dost və düşmənə ayırmayacaq”

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri “Hayastan” fraksiyasından olan deputat Armen Rustamyan bildirib.

Onun sözlərinə görə, yeni yaradılacaq hökumət milli futbol komandası kimi olacaq.

“Bu bizim hakimiyyətimiz olacaq. Biz futbolda dünyanın hər yerindən ən yaxşı erməni oyunçuları axtarırıq. Eyni şəkildə 10 milyonun arasında biz də ən yaxşı nazirləri axtarıb tapmalıyıq ki, gəlib burada işləsin. O zaman hakimiyyətə xalq gələcək”.

Qeyd edək ki, Rustamyan bunu Fransa meydanında keçirilən hərəkat mitinqində deyib.

...Nə gözəl, nə gözəl...deyirəm nə yerinə düşür...xan məni almışdı...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə